Vaşinqtonda güllələnən ETİMAD – İsrailin dayaqları LAXLAYIR?

media-hightechnic-468x90

“İndiyə qədər müxtəlif ölkələrdə İsrail səfirliklərinə, mədəniyyət mərkəzlərinə və bu ölkənin digər diplomatik nümayəndəliklərinə qarşı bu kimi terror aktlarına cəhdlər olub. Amma bu dəfə məhz Vaşinqtonda belə bir terror aktı cəhdinin edilməsi, təbii ki, İsrailə ünvanlanmış ciddi bir mesaj kimi qiymətləndirilməlidir. Bu isə o deməkdir ki, ən çox güvəndiyin müttəfiqin belə səni tam şəkildə qoruya bilmir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-17297883452037457118671a79b96f1d2

Analitik Vaşinqtonda Yəhudi Muzeyi qarşısında baş verən atışma nəticəsində 2 diplomatın qətlə yetirilməsi məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, təbii ki, hadisənin başvermə səbəbləri araşdırılacaq:

“Lakin faktın özü, yəni belə bir cəhdin məhz Vaşinqtonda baş verməsi İsrailin dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi hərbi və siyasi fəaliyyətin hədəfə alınması anlamına gəlir. Yenə qeyd edim ki, hadisənin birbaşa Vaşinqtonda baş verməsi həm ABŞ-də yaşayan yəhudi icması üçün, həm də ümumilikdə İsrail dövləti üçün çox ciddi xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Təbii ki, İsrail güclü kəşfiyyat qurumlarına malik ölkədir. Bu baxımdan, belə bir terror aktının əvvəlcədən aşkar edilməməsi və qarşısının alınmaması, eyni zamanda İsrailin kəşfiyyat orqanlarının nüfuzuna da ciddi zərbə kimi qiymətləndirilməlidir.

İstənilən halda, terror aktı heç bir vəchlə qəbul edilə bilməz. Bu, mübarizə üsulu deyil və qəti şəkildə qınanmalıdır. Düşünürəm ki, bu hadisədən sonra İsrailin daxilində, xüsusən də hakimiyyət strukturlarında kəşfiyyat orqanları ilə bağlı ciddi addımların atılacağını gözləmək olar”.

Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600