İran-İsrail münaqişəsinə ABŞ müdaxiləsi: "Ağ Evdə keçirilən yüksək səviyyəli müzakirələrdə..."

media-hightechnic-468x90

“Bu yanaşma ABŞ üçün ciddi nəticələr yarada bilər”.

Bu fikirləri İranla İsrail arasındakı münaqişəyə ABŞ-nin də qatılma ehtimalı barədə danışan politoloq Aytən Qurbanova Yenicag.az-a açıqlamasında bildirib.media-ayten-qurbanova

O bildirib ki, ABŞ-nin müharibəyə birbaşa müdaxilə etmək ehtimalı olduğunu düşünmür:

“Artıq bir neçə gündür ki, Orta Şərqdə yenidən alovlanan İsrail–İran qarşıdurması qlobal güclərin diqqət mərkəzindədir. Savaşın miqyası genişləndikcə ABŞ-nin bu münaqişəyə hansı şəkildə müdaxilə edəcəyi sual olunur.

Dünən Ağ Evdə keçirilən yüksək səviyyəli müzakirələrdə konkret hərbi müdaxilə qərarı qəbul edilmədi. Bu isə rəsmi Vaşinqtonun münaqişəyə dair hələ də aydın strategiyaya malik olmadığının göstəricisidir.

Trampın açıqlamaları da kifayət qədər ziddiyyətlidir. Bir tərəfdən İranın nüvə proqramına dair diplomatik həll yollarını istədiyini bildirsə də, digər tərəfdən isə İranın qeyd-şərtsiz təslim olmasını tələb edərək hərbi əməliyyatların davam etməsini daima gündəmdə saxlayır.

Məlum olduğu kimi, Tramp administrasiyası həm İrana, həm də qlobal ictimaiyyətə güc nümayiş etdirmək niyyətindədir, lakin bu yanaşma ABŞ üçün ciddi nəticələr yarada bilər.

Həmçinin ABŞ daxilində də bu məsələyə dair fikir ayrılığının olduğu açıq şəkildə görünür. Bu fikir ayrılığı da, öz növbəsində, Trampın qərarsızlığını dərinləşdirir və İsrail-İran münaqişəsinə dair hərbi strategiyanın tam formalaşmamasına səbəb olur”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600