Baş nazir: “Rusiya hücüm edərsə, …“
“Rusiyanın Moldavaya hücumu zamanı, Moldava cəmisi bir neçə saat davam gətirə bilər”.
Bu sözləri Moldavanın baş naziri Yuriye Lyanke deyib:
“Baxmayaraq ki, biz müdafiəyə çox sayda vəsait sərf edirik, bizim hələ də tankımız yoxdur. Biz 10 ildə ilk dəfədir ki, hərbi texnikanı yanacaqla təmin edə bilmişik. Belə ki, Moldavanın Dnestryanı sərhədində, yalnız iki yüngül zirehli daşıyıcı var. Ona görə də Moldava Avropa ittifaqının dəstəyindən asılıdır. Bu asılılıq isə Moldavanın Aİ ilə azad ticarət haqqında saziş imzalamasından sonra daha da artacaq”.
Avstriya nəşri qeyd edir ki, Moskva Moldavanın bu addımını təxribat xarakterli hərəkət hesab edə bilər. Qeyd edək ki, Moldava Avropanın ən kasıb ölkələrindən biridir. Lakin Moldavada da Ukraynadakı kimi rusdilli əhali çoxluq təşkil edir. 20 il bundan əvvəl vətəndaş müharibəsi nəticəsində Moldavanın Dnestryani Respublikası öz müstəqilliyini elan etdi və Rusiya yönlü kurs aparmağa başlayıb. Hətta öz gerbinə oraq və çəkic simvollarını belə əlavə edib.