Baş nazirdən yeni qərar

media-hightechnic-468x90

Nazirlər Kabineti “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nı təsdiq edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb. Onlarla tənzimlənməyən məsələlər qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya, habelə Konvensiyaya 1 nömrəli Əlavə – “Aviasiya personalının sertifikatlaşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.

Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir:

– həvəskar pilot;

– kommersiya pilotu;

– nəqliyyat pilotu;

– çoxheyətli pilot;

– hava şarı pilotu;

– naviqator;

– bort mühəndisi;

– bort radiooperatoru (bort radist);

– havada hərəkəti idarəetmə dispetçeri;

– hava gəmisi texnikləri.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05