!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Qərargah rəisi türkiyəli heyəti qəbul etdi

!Reklam – Yazi

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev professor Talat Canbolat və general-leytenant Yaşar Kadıoğlunun rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, türkiyəli qonaqlar “Xarici tədris gəzintisi” çərçivəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Baş Qərargah rəisi Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən türkiyəli nümayəndə heyəti hərbi təhsil sahəsində təcrübənin genişləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Sonra qonaqlar müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar /rsay və Hərbi Hava Qüvvələri komandanının birinci müavini – qərargah rəisi polkovnik Məzahir Rüstəmov ilə görüşüblər.

Görüşlərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

COP29

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv