Tiran Xaçatryan 2020-ci ilin 15 iyununda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilib. O, təyin olunduğu zaman iki-üç ay sonra isə müharibə başladı. 44 günlük müharibə zamanı Tiran Xaçatryan Ermənistanın Milli Qəhrəman adı verilən şəxslərdən biri oldu.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, belə yüksək mükafatın verilməsi məsələsi Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasında belə müzakirə edilmişdi:
“Aydın şəkildə görünürdü ki, Nikol Paşinyan müharibədən iki-üç ay əvvəl Tiran Xaçatryanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin etməklə öz planını həyata keçirmək üçün “gözlənti” yaratmışdı. Bəs niyə “gözlənti”? Ona görə ki, Tiran Xaçatryan onun gözləntilərini doğrultdu. Əgər doğrultmasaydı, 44 günlük müharibə zamanı ona Ermənistanın Milli Qəhrəmanı adı verilə bilməzdi. Əlbəttə, məsələnin digər tərəfi də var və Paşinyanın gözləntilərinin hansı məqamda yerinə yetirilmədiyini müəyyən etmək mümkündür”.
Qəzetin məlumatına görə, Baş Qərargah İdarəsinin sözügedən məsələdəki susqunluğu və ən azından görünən razılığı yalnız dövlət üçün deyil, həm də birinci növbədə onların özləri üçün baha başa gələcək:
“İlk addım atıldı, amma Tiranın həmkarları susurlar və ilk “atəş açan” olmaq istəmirlər. Belə təcrübəli insanlar çətinliklə başa düşəcəklər ki, ilk addımı atmaq və cavab gözləmək adi bir hərəkətdir. Lakin Onlar sükut içindədirlər, ümumilikdə isə heç bir reaksiyanın olmaması da var. Camaat generalların bu vəziyyətə susqunluğunu və hakimiyyətə boyun əyməsini bağışlamır. Bağışlamaq isə onların həbsi ilə bağlı verilən qərarlara biganəlikdə ifadə olunur və olacaq. Yəni özünü ali baş komandan elan edənin (Nikol Paşinyan – red.) göstərişi ilə çoxlu adamlar Tiran Xaçatryanın arxasınca gedəcəksə, qapı açıqdır. Bu, elə primitiv əməliyyatdır ki, mühakimə yürütməyə ehtiyac yoxdur. Xalq göstərişə əməl edəni bağışlamır, amma baş təlimatçı göstəriş verməkdə davam edir. Generalların dağıdıcı sükutunun qiyməti onların hazırda özləri üçün qurduqları müdafiə divarının dağıdılması olacaq”.
Tərcümə: Rafi Müslümov
www.yenicag.az