!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Başına şüşə qapı düşən qadın aldığı təzminatla milyonçu oldu

!Reklam – Yazi

ABŞ-da Meqan Braun adlı qadın 10 il əvvəl Nyu-Yorkun Manhetten səmtində bir binanın şüşə qapısı sınaraq üzərinə düşüb və başından xəsarət alıb. Bina rəhbərliyini məhkəməyə verən Braunun 35 milyon dollar təzminat tələb etmək hüququ olub.

Yenicag.az xəbər verir ki, 2015-ci ildə Braun fizioterapiya qəbulundan çıxarkən binanın şüşə qapı sınıb, başına düşüb. Braun zədədən sonra karyerasında geriləmə yaşadığını və işindən qovulduğunu bildirərək məhkəməyə müraciət edib.

Braun məhkəmədə həmin qəza anını xatırlamadığını, lakin yerə yıxıldığını və qəfildən ətrafdakıların ona kömək etdiyini söyləyib. Hadisədən sonra Florida ştatının Neapol şəhərinə köçən və hazırda kiçik bir dondurma dükanı işlədən Braun yaşadığı problemləri aradan qaldırmaq üçün bir çox mütəxəssisə müraciət etdiyini bildirib.

Məhkəmə Braunun qaldırdığı iddianı 10 il sonra yekunlaşdırıb. Beyni zədələnən Brauna 35 milyon dollar təzminat ödənilməsinə qərar verilib.

Yenicag.az

COP29

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv