Qazaxıstanın Akmola vilayətinin Korqaljinsk rayonunun Arıktı kəndindən olan Vladimir Krinberq bir uşağı həyatı bahasına xilas edib.
Yenicag.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, faciə iyulun 29-da Korqaljinsk rayonunun Sardıbay kəndi yaxınlığında baş verib. Vladimir Krinberq ailəsi ilə Nura çayında istirahət edən zaman 12 yaşlı uşağın suda batdığını görüb və onu xilas etməyə atılıb. Böyüklər köməyə qaçsalar da, Vladimir uşağı xilas edən zaman özü boğulub.
Vladimirə ölümündən sonra “Suda boğulanların xilasına görə” medalı – insan həyatının xilas edilməsi ilə bağlı ekstremal vəziyyətdə göstərilən cəsarət və fədakarlığa görə mükafat verilib./oxu.az
www.yenicag.az