Reklam: High Technic
hightechnic

BAXCP-dən sərt etiraz: “Hacıbala Abutalıbovun özbaşınalığına son qoyulsun”

Reklam: High Technic

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı arasında narazılıq yaranıb.

Yenicag.az xəbər verir ki, problemə səbəb növbəti qurultayına hazırlaşan BAXCP ilə bağlı tədbirin məkanı ilə əlaqədar “anormal” qərar qəbul etməsidir.

Partiyanın mətbuat xidmətinin bununla bağlı yaydığı bəyanatda bildirilir ki, BAXCP növbəti qurultayını 07 aprel 2018-ci il tarixdə “Bakı Əyləncə Mərkəzi”də keçirtmək barədə “Mərkəz”in rəhbərliyi ilə razılıq əldə olunub və beh ödənilib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti partiyanı qurultay keçirtmək üçün Əmircan qəsəbəsinə “göndərməyi” məqbul sayıb:

“Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər.

Hesab edirik ki, Bakı şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.

BAXCP hesab edir ki, ölkə rəhbərlyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə, ayrı-seçkiliyə imkan verməyəcəkdir. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”.

www.yenicag.az

1074