ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Naftali Bennettlə birgə keçirdiyi mətbuat konfransında yatıb.
Yenicag.az Musavat.com-a istinadla xəbər verir ki, həmin konfransda Bennett iki ölkə arasındakı dostluq münasibətlərinin yeni mərhələsi haqqında bəhs edərkən jurnalistər Ağ Ev rəhbərini gözlərini bağlamış və mürgüləyən halda görüblər.
Lakin CNN reportyoru Daniel Deyl Tvitter hesabında “yatmış prezident” barədə gedən söz-söhbəti “cəfəngiyyat” adlandırıb.
Xatırladaq ki, 2020-ci ildə keçirilən seçkilər öncəsi sabiq prezident Donald Tramp həmin vaxt müxalifətdə olan opponentini “yatan Co” adlandırırdı. O, buna örnək olaraq Co Baydenin “Dİ” kanalına verdiyi müsahibənin gedişində yatıb qalmasını göstərmişdi. Həmin vaxt jurnalistin cəhdlərinə rəğmən gələcək prezidenti ayıltmaq mümkün olmamışdı.