İsraildə etirazlar davam etdiyi bir müddətdə Prezident İsxak Hersoq ABŞ Prezidenti Co Bayden ilə görüşmək üçün okeanın o tayına gedib.
Yenicag.az xəbər verir ki, lakin müşahidəçilərin diqqətini iki liderin bəyanatlarından daha çox İsrail prezidenti ilə görüşdə Co Baydenin vəziyyəti cəlb edib.
Belə ki, kreslosunda demək olar ki, yuxuya gedən Bayden fikirlərini səlis ifadə etməkdə çətinlik çəkib. Amerikalı lider söhbət zamanı gözlərini yumaraq tamamlanmayan, qırıq-qırıq cümlələr səsləndirməyə başlayıb.
“Biz israilliləri və fələstinliləri bir araya gətirdik… siyasi müstəvidə…. Onlar isə… Və mən baş naziri əmin etdim ki…”, – deyə Amerika lideri yuxulu halda danışmağa çalışıb.
Qeyd edək ki, Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Onun tezliklə 81 yaşı tamam olacaq.
www.yenicag.az