Bayden “persona non grata” elan edildi

media-hightechnic-468x90

Macarıstanın Fundamental Hüquqlar Mərkəzi aprel ayında Budapeştdə keçiriləcək Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı (CPAC) üçün ABŞ Prezidenti Co Baydeni “persona non grata” elan edib.

media-banner_tkm

Bu barədə mərkəzin nümayəndələri “Facebook”da yazıblar.

“Macarıstanda CPAC qonaqları üçün əsas tələb səhnədə itməməkdir. Co Bayden minimum şərtləri yerinə yetirməyə hazır deyil”, – deyə tədbir təşkilatçıları zarafatyana qeyd ediblər.

Onlar, həmçinin Baydenin şəklini qoyaraq, “persona non grata” sözlərini yazıblar.

Xatırladaq ki, martın 9-da Macarıstanın Baş naziri Viktor Orban Baydenin Ağ Ev rəhbəri postuna əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb. Bundan sonra Macarıstan hökumətinin başçısı Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində qalib gəlməsinin bütün dünya üçün daha yaxşı olacağını bildirib.

Mənbə: ren.tv

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05