ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Belə ki, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Rusiyanın Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazları birbaşa almağı qadağan edir.
Eyni zamanda, ABŞ “SolarWinds”ə edilən kiberhücumdan Rusiya Xarici Kəşfiyyat Xidmətini məsul hesab etdiyini bildirib.
Həmçinin, ABŞ Maliyyə Nazirliyi Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.
www.yenicag.az