Bayker “Moto Fest”dən danışdı

media-hightechnic-468x90

fbc7472659b6Qafqazda ilk dəfə keçirilən Caucasus Moto Fest-də Azərbaycanı təmsil edən məşhur bayker İlqar İsmaylov Şəkidə keçirilən möhtəşəm proqramdan bəhs edib.

Açıqlama verən bayker beynəlxalq Moto Festivalın ölkəmizdə keçirildiyinə görə fəxr duyduğunu etiraf edib. Azərbaycanın öndə gedən baykerlərindən biri olan İlqar bəy festivalın hər bir detalının möhtəşəm şəkildə təşkil olunduğunu deyir:

“Bir bayker olaraq təkcə öz adımdan yox, Şəkiyə təşrif buyurmuş qonaqların mənə dediklərindən də sizə çatdıra bilərəm ki, hər kəs məmnun qalıb. Çox yüksək səviyyədə davam edir, xüsusəndə Şəki şəhəri öz qədim görünüşü ilə baykerlərə daha doğma gəlir. İstəməsək də, çox gözəl təəssuratlarla buradan ayrılırıq. Xüsusi olaraq bu cür festivalın təşkili üçün Vahid Mustafayevə təşəkkürümüzü bildiririk”.

Bayker fəaliyyətindən söhbət açan İlqar peşəkar olaraq şəxsi motoskleti ilə beş ildir ki, fəaliyyət göstərdiyini vurğulayıb. “Uşaqlıq yaşlarımdan baykerliyə həvəsim var, az yaşım olduğu zaman da görəndə ki, kimsə motosklet sürür, yaxınlaşıb xahiş edirdim mənə versin”.

Fikirlərini bölüşən bayker azərbaycandan kənarda da dövlətimizi təmsil etdiyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600