Bayram Beqay “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olundu - FOTO

media-hightechnic-468x90

Albaniya Respublikasının Prezidenti Bayram Beqay xalqlar arasında sülhün, dostluğun, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində xidmətlərinə, Azərbaycan ilə Albaniya arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

Albaniya Respublikasının Prezidenti Bayram Beqaya mükafatı jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Albaniyanın paytaxtı Tirana şəhərində Prezident iqamətgahında görüş zamanı təqdim edib.

E.Nəsirli görüş zamanı bildirib ki, ölkəmizin çap mediasında özünəməxsus dəst-xəti ilə seçilən “Azərbaycanım” jurnalı 20 ildən çoxdur ki, maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib.

Bunun nəticəsidir ki, “Azərbaycanım” jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.

Sonra ölkələrimiz arasında əlaqələrin bugünkü səviyyəsindən söhbət açan Emil Nəsirli deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşləri hər iki ölkənin münasibətlərinin inkişafında yeni mərhələ hesab edilə bilər və ölkəmizin həyata keçirdiyi xarici siyasət baxımından xeyli əhəmiyyətlidir.

Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Baş redaktor onu da xüsusi vurğulayıb ki, Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniya ilə Azərbaycan arasında siyasi dialoq bu il də yüksələn xətlə inkişaf edir. Bakı ilə Tirana arasında əməkdaşlığın intensivləşməsi isə Azərbaycanın ABŞ və Aİ ilə yaxınlaşmasının paralel şəkildə həyata keçirilməsinə imkan yaradır. “Ümumilikdə, Albaniya bu siyasi konfiqurasiyada əhəmiyyətli rola malikdir. Çünki onun ABŞ, Türkiyə və digər ölkələrlə münasibətləri yüksək səviyyədədir” – deyə E.Nəsirli bildirib.

İqtisadi sahədə əməkdaşlığa gəlincə, görüşdə Emil Nəsirli onu da əlavə edib ki, Azərbaycan və Albaniya arasında son dövrlərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir.

Görüşdə Albaniya Respublikasının Prezidenti Bayram Beqay bu mükafata layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasına təşəkkürlərini bildirib, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

Aparılan fikir mübadiləsi zamanı Prezident Bayram Beqay bildirib ki, əlbəttə, Sizin qeyd etdiyiniz kimi ölkələrimiz dost ölkələrdir. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik.
Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi.

Söhbət zamanı ölkələrimiz arasında mətbuat orqanları arasında informasiya mübadiləsi, həmçinin enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların bundan sonra da davam etdiriləcəyi bildirildi.

Sonda xatirə şəkli çəkdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600