Bayram günü Bakıda qətl törədildi

media-hightechnic-468x90
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dekabrın 31-də saat 22 radələrində Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub. 

DİN-dən Yenicag.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin  münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.vvv

.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600