Saytların bağlanması ilə bağlı yeni qərarı Parlament qəbul etdi

media-hightechnic-468x90

 

media-banner_tuq

Azərbaycanda qanunvericiliyə zidd və cəmiyyət üçün təhlükəli informasiyalar yayan internet saytlarının fəaliyyətinin məhdudlaşdırılması qaydaları kəskinləşir.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən yeni dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, aşağıdakı xarakterli məlumatları yayan internet resurslarına və ya onların müvafiq bölmələrinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti olaraq bloklanacaq:

Narkotik təbliğatı: Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma üsulları, qanunsuz əldə edilməsi və kultivasiya (yetişdirilmə) yerləri barədə məlumatlar;

Şəxsiyyətə toxunulmazlıq: Təhqir, böhtan xarakteri daşıyan, habelə vətəndaşların şəxsi həyatının toxunulmazlığını pozan informasiyalar;

Təhlükəli yalan xəbərlər: İnsanların həyat və sağlamlığına zərər vurulması, kütləvi ictimai təhlükəsizliyin pozulması və ya əhəmiyyətli əmlak ziyanının törədilməsi təhdidi yaradan yalan xəbərlər;Strateji obyektlərə təhdid:

Həyat təminatı, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına yönələn dezinformasiyalar.

Yeni qanun layihəsi parlamentdə keçirilən geniş müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05