BDU-da foto sərgi keçirildi-Foto

media-hightechnic-468x90

unnamedBu gün Bakı Dövlət Universitetində Bakıda Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT müasir incəsənət məkanı”-nın təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyilə «In/Trend/out» adlı interaktiv foto-aksiya sosial sərgisi açılıb.

Əməkdar rəssam Səbinə Şıxlinskayanın keçirdiyi ustad dərslərinin nəticəsi olan sərginin məqsədi gənclərdə fotolar vasitəsilə verilmiş mövzular üzrə özlərini ifadə etməyə çağırmaqdır.

Sərgidə Yelena Cetere, Orxan Qarayev, Nurziyə Xəlilova, Mehbarə Abbasov, Zöhrab Salamzadə, Ülviyyə Həsən və Hatm Əliyevin cəmiyyətdə olan sosial problemlərə dair çəkdikləri şəkillər nümayiş olunub. Bakı Dövlət Universiteti tələbələrinin marağına səbəb olan sərgidə BDU THİK sədri Daşqın Qənbərov da iştirak edərək baxış keçirib.

Qeyd edək ki, «In/Trend/out» foto-aksiyası Bakı Dövlət Universiteti ilə yanaşı, 19 noyabrda Azərbaycan Diplomatik Akademiyasında keçirilib. 21-də isə eyni aksiya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam edəcək.

 

BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Rəşid Mustafazadə

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600