BDU-nun tələbələri 20 yanvar şəhidlərini yad etdilər-Foto

media-hightechnic-468x90

unnamedBu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) idarə heyəti və fəal üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban verənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
THİK sədri Daşqın Qənbərov çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki önəmindən danışıb:

“Qanlı Yanvar faciəsi tariximizin önəmli səhifələrindən olmaqla yanaşı, həm də ən dəyərli nemət olan müstəqilliyimizin qazanılması yolunda ən şərəfli tarixi hadisədir. Düz 25 il əvvəl insanlar azadlıq və müstəqillik eşqi ilə küçələr çıxmış və Sovet ordusuna əliyalın şəkildə müqavimət göstərmişlər. Bu bir daha sübut edir ki, Azərbaycanda qədimdən əsası qoyulan dövlətçilik ənənələrini silah gücü ilə boğmaq qeyri-mümkündür. Məlumdur ki, bu dəhşətli günə dərhal reaksiya verərək dünyaya səslənən şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev olmuşdu. Bu gün biz 20 Yanvar şəhidlərinin qanı bahasına əldə etdiyimiz müstəqilliyimizdən istifadə edərək, ölkəmizin irəliləməsi və yaşadığı faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdən gələni etməliyik”, – deyə komitə sədri bildirib.

2.jpg görüntüleniyor

BDU THİK İctimaiyyətlə əlaqələr departamenti

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600