Bədbəxt hadisə - İlanı vurmaq istədi, hamilə arvadını öldürdü - FOTOLAR

media-hightechnic-468x90

Türkiyənin Konya şəhərində suriyalı 28 yaşlı Ali El Arid 6,5 aylıq hamilə olan 21 yaşlı həyat yoldaşı Zeyneb El Aridi öldürüb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaya görə hadisə təsadüf nəticəsində baş verib.

Belə ki, suriyalı kişi evdə gördüyü ilanı öldürmək üçün divarda asılı olan silahı götürərək atəş açıb. Lakin bədbəxt hadisə nəticəsində güllə həyat yoldaşının kürəyinə dəyib. Kürəyindən ağır yaralanan qadın təcili yardım maşını ilə Seydişehir Dövlət Xəstəxanasına aparılıb.

Edilən bütün müdaxilələrə baxmayaraq qadının və qarnındakı körpənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlüyün 2 və 3 yaşında iki uşağı da olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600