Belarus diplomatı Ankarada güllələndi – FOTO/VİDEO

Ankaradakı Belarus səfirliyinin əməkdaşı silahlı hücuma məruz qalıb.

Yenicag.az xəbər verir ki, Belarusun Türkiyədəki səfirliyinin müşaviri Aleksandr Poqanşev eyvan qonşusu, istefada olan polkovnik tərəfindən güllələnib.

Məlumata görə, keçmiş hərbçi belaruslu diplomata tapançadan bir neçə atəş açaraq, onu yaralayıb. Təcili xəstəxanaya çatdırılan Poqanşevin vəziyyətinin sabit olduğu bildirilir. Diplomatı yaralayan şəxs isə evində həmin silahla intihar edib.

Qeyd olunur ki, hadisədən sonra Türkiyənin və Belarusun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Vladimir Makey arasında telefon danışığı olub. İnsidentlə bağlı açıqlama verən Çavuşoğlu hadisənin adi məişət zəminində törədildiyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarus diplomatının güllələnməsi işi üzrə təhqiqatı nəzarətinə götürüb.

 

Loading...