Belarus müttəfiqləri üçün “qan tökməyə” HAZIRDIR

media-hightechnic-468x90

Belarus yeni hərbi konsepsiyasına görə müttəfiq olan hər hansı dövlətə hücuma cavab verməyə hazır olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Belarus Baş Qərargahının informasiya və analitik idarəsinin rəisi Artyom Butorin telekanalın efirində bildirib.
Belarusun yeni hərbi konsepsiyası Minskə müttəfiq olan istənilən dövlətə hücumun respublikanın özünə qarşı hücum kimi qiymətləndirilməsini nəzərdə tutur.
Yanvarın 16-da Respublika Təhlükəsizlik Şurasının iclasında yeni hərbi doktrina layihəsi müzakirə olunub.

Rəsmi bildirib ki, sənədin yekunlaşdırılması qərara alınıb.
“Şübhəsiz ki, hərbi konsepsiyada bizimlə müttəfiq olan hər hansı dövlətə hücumun Belarus Respublikasına hücum kimi qiymətləndirilməsi müddəası saxlanılacaq”, – Butorin deyib.
Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600