Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Belarusda prezident seçkiləri keçirilir

Bu gün Belarusda prezident seçkiləri keçirilir.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, prezident postuna 5 iddialı var.

Namizədlər – hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Qeyd edək ki, ölkə üzrə bütün seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb. 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.

www.yenicag.az

307