Belçikada fabrikdə partlayış – Yaralananlar var

Belçikanın Qərbi Flandriya əyalətində fabriklərin birində partlayış baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 4 işçi xəsarət alıb.

Həmin işçilərin xəstəxanaya yerləşdirildiyi deyilir.

Partlayışın səbəbləri məlum deyil, hazırda hadisə ilə bağlı araşdırma aparılır./Trend/