!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bələdiyyələrin bir səlahiyyəti ləğv edilir

!Reklam – Yazi

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.

Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

www.yenicag.az

75
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv