Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Həbs olunduğu deyilən futbolçularla bağlı - DİN-dən açıqlama

Reklam: Sinerji Pro

Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” futbol klubunun iki futbolçusu – Nizami Hacıyevlə Mirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlanııb.

Hər iki yarımmüdafiəçinin danışılmış oyunda iştirak etdiyi iddia olunur.

Görəsən, futbolçular harada saxlanılır? Yenicag.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Ehsan Zahidov Seyidovla Hacıyevin polis tərəfindən saxlanılmadığını bildirib:

“Bizim araşdırmamıza görə, onların məhz polis tərəfindən saxlanıldığı təsdiqlənmir. Ola bilər ki, futbolçuları prokurorluq saxlayıb. Bəlkə də harasa gəzməyə gediblər. Klubu, məşqçiləri ilə əlaqə saxlamaq lazımdır. Bəlkə onlar nəsə bilirlər. Hər halda məsələni araşdırırıq. Nəsə məlum olsa, ictimaiyyətə açıqlama verəcəyik”.

Qeyd edək ki, klub prezidenti Zaur Axundov da futbolçuların harada saxlanıldığından xəbərsiz olduğunu söyləyib.

www.yenicag.az

2779
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM