Benjamin Şeşko “Arsenal” yolunda – Premyer Liqa klubu QƏRARINI VERDİ
İngiltərənin “Arsenal” klubu Almaniyanın “RB Leipzig” komandasının hücumçusu Benjamin Şeşko üçün yenidən hərəkətə keçib. Klub sloveniyalı forvardın transferi ilə bağlı ilk rəsmi təmaslara başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilir ki, “Arsenal” ötən yay da Şeşkonu transfer etməyə cəhd göstərmişdi. Lakin həmin vaxt 22 yaşlı futbolçu Bundesliqa klubunda qalmağa və yeni müqavilə imzalamağa üstünlük vermişdi. İndi isə London təmsilçisi hücum xəttini gücləndirmək üçün Şeşko ilə bağlı planlarını yenidən aktivləşdirib.
Qeyd edək ki, Bundesliqada bu mövsüm 33 oyuna 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun transferi “Arsenal”a 92,5 milyon funt-sterlinqə başa gələ bilər.
Göycə Göycəyev