!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdə abadlıq və inkişaf tempinə görə digər bölgələrə nümunə göstərilir

!Reklam – Yazi

Xüsusilə, son illərdə Azərbaycanda vüsət alan quruculuq işləri və ümumi inkişaf tempi ölkənin bütün rayonlarını əhatə edir.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən bu fəaliyyət paytaxt Bakı ilə yanaşı, bölgələrimizin də inkişafına böyük təkan verib. Görülən irimiqyaslı işlər nəticəsində regionlarımız əyalət anlayışından çıxaraq, hərtərəfli inkişafın təmin edildiyi coğrafi ərazi mənasını qazanmaqdadır.

Ölkəmizdə sürətli inkişafın qabarıq hiss olunduğu rayonlarımızın sırasında Bərdəni xüsusi qeyd etmək lazım gəlir. Ağdamın erməni işğalına məruz qalmasından sonra Aran Qarabağın mərkəzinə çevrilmiş Bərdə günü-gündən yenilənir. Azərbaycan hakimiyyətinin ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində həyata keçirdiyi geniş tədbirlərin ən çox nəticə verdiyi rayonlar sırasında Bərdə də yer alır.

Bərdə rayonun infrastrukturunun yenidən qurulması, kənd təsərrüfatının, əsasən də, pambıqçılığın dirçəldilməsi, rayonun sənaye potensialının formalaşdırılması və əhalinin məşğulluq səviyyəsinin artırılması baxımından, həqiqətən də, çox inkişaf edib.

Bərdədə sosial-iqtisadi inkişaf yalnız qeyd olunanlarla məhdudlaşmır. Rayon mərkəzinin inanılmaz dərəcədə yenilənməsi və həyata keçirilən abadlıq işləri sayəsində müasir şəhər tələblərinə cavab verməsi çox əlamətdar haldır. Eyni zamanda, Bərdə rayonunun kəndlərində görülən abadlıq işlərinin müsbət nəticələri də özünü göstərməkdədir.

Bərdəni müsbət xarakterizə edən bu ümumi sözlər rəsmi statistikada da öz təsdiqini tapır. Rayonun istehsal potensialının gücləndirilməsi nəticəsində ümumi məhsul istehsalı 5 dəfədən çox artıb. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalında artım göstəricisi isə 4 dəfədən çoxdur. Eyni zamanda, bu fonda Bərdə rayonunda sənaye məhsullarının istehsalında qeydə alınan artımı tərəddüd etmədən sıçrayış adlandırmaq olar: 14 dəfə.

Yuxarıda da vurğulandığı kimi, Bərdə son illərdə aparılan abadlıq-quruculuq işləri nəticəsində modern şəhərə çevrilib. Rayon rəhbərliyinin ölkə prezidentinin tapşırıqlarını yüksək dəqiqliklə icra etməsi Bərdənin iqtisadi imkanlarını və əhalinin rifah səviyyəsini yüksəltməklə bərabər, bu bölgəmizin xeyli müasirləşməsinə zəmin yaradıb.

Bərdə şəhərində gerçəkləşdirilən quruculuq işlərinin miqyası və effekti o qədər böyükdür ki, digər rayonlarımızın bu təcrübədən yararlanmaları çox səmərəli olardı. Abadlıq işləri Bərdənin qədimliyi ilə müasirliyinin uğurlu sintezini yaradıb. Şəhərdə bir neçə geniş park salınıb ki, onlar Bərdə sakinlərinin sevimli istirahət məkanı statusunu qazanıblar. “Qəhrəmanlar” parkı, “Nüşabə” parkı və Tərtər çayı sahilində yaradılan park-bulvar istənilən analoji məkanlarla müqayisə edilə bilər.

Şəhərin abadlaşması orada bir neçə geniş sahəni əhatə edən meydanın salınması ilə müşayiət olunur. Bərdədə salınan Mərkəzi meydan və Bayraq meydanı şəhərə başqa görkəm və əzəmət verir.

Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Uşaq Xəstəxanası, regional “ASAN xidmət” mərkəzi və digər mühüm obyektlər Bərdənin əhəmiyyətini xeyli artırır.

Bunlardan başqa, Bərdə rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası, məcburi köçkünlər üçün Təhlə kəndində 195 ailəlik qəsəbə, Həsənqaya kəndində 866 və 588 ailəlik yaşayış məhəllələri, “N” saylı hərbi hissə üçün şəhərcik inşa olunub. Rayonun 110 yaşayış məntəqəsinin, demək olar, hamısı qazlaşdırılıb.

Bərdədə nümunəvi quruculuq işləri yeni dövrün çağırışları əsasında daha da genişlənir və rayonun inkişafına yönəlik ardıcıl tədbirlər həyata keçirilir. İnanırıq ki, bu fəaliyyət Bərdənin artan şöhrətini daha da yüksəyə qaldıracaq.

COP29

www.yenicag.az

1231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv