Bərdədə ağır yol qəzasında 2 nəfər dünyasını dəyişdi

media-hightechnic-468x90

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü, 1979-cu il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Məmmədov Emin Saday oğlu hadisə yerində, sərnişin, 1990-cı il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Kərimov Elgün Şirin oğlu isə xəstəxanada dünyasını dəyişib.

Digər yaralı, 1994-cü il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Aslanov Şamxal Rövşən oğlu Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./Report/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05