Bərdədə DƏHŞƏT - 32 yaşlı kişi güllələndi

media-hightechnic-468x90

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alib.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600