Xameneinin cənazəsi İraqa gətirildi
ABŞ-İsrail bombardmanı zamanı həlak olan İranın keçmiş ali rəhbəri ayətullah Seyid Əli Xameneinin cənazəsi İraq ərazisinə gətirilib. Xüsusi təyyarə Nəcəf şəhərinin hava limanına enib.
Yenicag.az xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb. Bildirilib ki, dəfn mərasimlərinin təşkili üzrə ali komitə şiə müsəlmanları üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək matəm mərasimləri üçün logistik və texniki hazırlığın tam başa çatdığını açıqlayıb.
Məlumata görə, İraqdakı matəm mərasimlərində iştirak edən İran nümayəndə heyətinə Məsud Pezeşkiyan rəhbərlik edir. O, Nəcəfə çatdıqdan sonra İraqın baş naziri Əli əz-Zeydi ilə görüş keçirib. Daha əvvəl İraq hökuməti 8 iyulu ümumxalq vida mərasimi ilə əlaqədar qeyri-iş günü elan etmişdi.
Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimləri iyulun 3-də Tehranda başlayıb. Daha sonra cənazə Qum şəhərinə aparılıb. Xameneyinin dəfn mərasiminin iyulun 9-da doğma şəhəri Məşhəddə keçiriləcəyi bildirilir.













