Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq

media-hightechnic-468x90

İyulun 8-də Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10/6 kV-luq “Səmədabad” yarımstansiyasından çıxan 35 kV-luq “Səmədabad” hava xəttində təmir işləri görüləcək.

Buna görə də sabah saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.

Həmçinin Cəlilabad EŞ ərazisində yerləşən 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq “Cəlilabad” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərinə elektrik verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər elektrik enerjisi ilə təmin olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05