!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə evdən oğurluq edən qadın tutuldu

!Reklam – Yazi

Bərdə rayon sakini E.Vəliyev fevralın 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 ABŞ dolları pulunun oğurlanması barədə Bərdə RPŞ-yə ərizə ilə müraciət edib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az- verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv