Yenicag.az xəbər verir ki, İraq Kürd Regional İdarəçiliyinin rəhbəri Məsud Bərzani, Alman “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə, “İraq və Şam İslam Dövləti” (IŞİD) terror təşkilatının təhdidi, İraqın parçalanması, bölgənin qonşu ölkələrlə əlaqəsi ilə bağlı məsələlələrə toxunub.
IŞİD-ın İraq və kürd bölgəsi üçün nə qədər təhlükəli olduğundan danışan Bərzani, “IŞİD-ın gücləndiyini uzun zamandan bəri narahatlıqla izləyirdik və Bağdaddakı hökuməti də məlumatlandırırdıq. Ancaq İraq Baş naziri Nuri əl-Maliki bunu eşitmək istəmədi . İndi vəziyyət daha da çətinləşdi “dedi.
“Bağdaddakı hökumətin pis siyasətini” IŞİD-ın güclənmə səbəbi olaraq göstərən Bərzani, sünnilərin daha yaxşı prospektlər, xəstəxanalar, məktəblər kimi Bağdaddan çox sadə tələbləri olduğunu ancaq şiələrin üstünlük etdiyi Maliki hökumətinin bununla maraqlanmadığını, IŞİD-ın da özünü sünnilərin vəkili olaraq göstərərək gücləndiyini qeyd etdi.
‘Mosul mövzusunda xəbərdarlıq etdim, Maliki dinləmədi’
“Bağdad hökumətinin vurdumduymazlığına qarşı həmişə etiraz etdiyini” ifadə edən Bərzani, Musulun işğal ediləcəyini də öncədən dediyini, ancaq Malikinin buna inanmadığını irəli sürdü.
Kürdlər olaraq sünnilərin təbii hüquqlarına qarşı deyil, terrora qarşı olduqlarını izah edən Bərzani, sünnilərin yaşadığı bölgələrdə yalnız IŞİD-ın olmadığını, mərkəzi hökumətə qarşı olan çox sayda başqa qrupun da üsyan etdiyinə diqqət çəkdi.
“Stratejiniz sizin torpaqlarınızı qorumaqla məhduddur?” sualına “Biz öz yurdumuzu qoruyuruq” qarşılığını verən Bərzani, Ankara və ya Şamdan torpaq tələbiylə əlaqədar, “Digər ölkələrdəki kürdlər, öz taleləri ilə bağlı məsələdə müstəqil, yəni bizim rəyimiz olmadan qərar vermələri lazımdır. Siyasi prosseslər, İraqdakı kürdlərdən ötəri müvəffəqiyyətsiz olmayacaq” dedi.
Bərzani, IŞİD-ın başqa ölkələr tərəfindən dəstəklənib dəstəklənilmədiyi sualına isə “Bu yaxşı sualdır. Bu birlik, Suriyadakı vətəndaş müharibəsində böyüdü. Rakka şəhərində olan İŞİD-ın komando mərkəzi, Əsədin hava qüvvələri tərəfindən çox asanlıqla dağıdılacaq vəziyyətdə olduğu halda, Əsəd bunlara toxunmur” ifadəsindən istifadə etdi.
IŞİD-ın Kürdüstana girməsinə icazə verməyəcəklərini, şiə bölgələrini və ya Kərbəla və Nəcəfdə də müqəddəs yerləri yıxmağa da şiələrin imkan verməyəcəyini və İranın da o zaman müdaxilə edəcəyini ifadə edən Bərzani, IŞİD-ın Sünni bölgəsində qərar tutacağını düşündüyünü bildirdi.
Bərzani, Səddam Hüseynin devrilməsindən sonra amerikalıların nə kimi səhvlər etdiyi sualının cavabında “Amerikalıların ən böyük səhvi təəssüf ki, sürətli bir şəkildə qurtarıcıda işğalçıya çevrilməsi oldu” ifadəsini işlətdi.
“İraq parçalanır bu, bəzilərinin görmək istəmədiyi gerçəkdir” deyən Bərzani amerikalıların qurulacaq Kürdüstana münasibətini isə belə dəyərləndirib: “Aktiv bir kömək gözləmirəm, ancaq müqavimət göstərəcəklərini də gözləmirəm. Bəzi ABŞ siyasətçiləri bizi dəstəkləyirlər, bəziləri deyil. Kürdüstanın müstəqilliyi nəticədə kürd xalqının məsələsidir”.
“Gələcəkdə bir Kürdüstanın qurulması mövzusunda bunu qonşu ölkələrin qəbul edəcəyi təəssüratı var mı?” Şəklindəki bir suala cavab Bərzani, qonşu ölkələrin, özlərinin son 10 ildə kimsəni təhdid etmədiyini anladığını ifadə edərək, “Türkiyə ilə olan əlaqəmiz son 10 ildə son dərəcə inkişaf edib və indi çox yaxşıdır. Kürdlərlə Türk hökuməti arasındakı sülh prosesini dəstəkləyirik. Burada əhəmiyyətli inkişaf oldu. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan, Erbildə bizi ziyarət etdi. Bu tarixi bir addım idi. Əksinə, kürdlər hər kəsə yaxşı qonşu olacaqlar ” şəklində danışdı.
Kürdüstanın müstəqilliyinin nə vaxt elan ediləcəyi istiqamətindəki suala cavab Bərzani bu cavabı verdi: “Qısa bir zaman əvvəl müstəqillikdən danışan həbs olunurdu. Ancaq müstəqillik günah deyil. Bunu eşitmək istəməyən bir çox adamın buna alışması lazım idi. Müstəqillik xalqların təbii haqqı. Kim bunu rədd etsə insanlara haqsızlıq edər. Müstəqillik elan etmədən əvvəl bunu xalqımıza soruşacağıq “deyə, bildirdi.
www.yenicag.az