Beş ölkə Qəzzaya qoşun göndərməyə razılıq verdi

media-hightechnic-468x90

Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (ISF) komandanı, general-mayor Casper Ceffers ABŞ-də Sülh Şurasının ilk iclasında bəyan edib ki, beş ölkə Qəzza zolağına Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində qoşun göndərməyə razılıq verib.

media-banner_tuq

Yenicag.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

“Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində xidmət etmək üçün qoşun göndərən ilk beş ölkə İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyadır. İki ölkə – Misir və İordaniya isə polisə təlim verilməsi öhdəliyini götürüb”, – deyə o vurğulayıb.

Ceffers əlavə edib ki, ISF qüvvələri ilk olaraq Qəzza zolağının cənubunda, Rəfahda yerləşməyə başlayacaq, orada polisə təlim keçəcəklər. Onun sözlərinə görə, uzunmüddətli plan 20 min hərbçinin yerləşdirilməsini və 12 min polisin hazırlanmasını nəzərdə tutur./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05