Beton qarışdıran maşın aşdı
Bakı şəhəri, Səbail rayonunda “Kamaz” markalı beton daşıyan avtomobil dönmə əməliyyatını yerinə yetirərkən aşıb.
Nəticədə avtomobil ağır deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Əməliyyat saat 16:50-də başa çatıb.