Amerikalı neyrocərrah Brett Osborne beyin sağlamlığını qorumaq üçün şəkərin miqdarını azaltmağa çağırıb.
Yenicag.az xəbər verir ki, o, “Eat This, Not That!” jurnalına verdiyi müsahibədə idrak qabiliyyətinə zərərli olan bu və digər kateqoriyalı qidaların adını çəkib.
Həkimin sözlərinə görə, dondurma, peçenye, dönər və digər bişmiş məmulatlar həddən artıq ziyandır:
“Şəkərli qidaların və içkilərin həddindən artıq istehlakı qan şəkəri səviyyələrində sıçrayışlara səbəb olur ki, bu da zamanla beyin funksiyasını poza bilər” , – o, qeyd edib.
Osborne görə, koqnitiv qabiliyyətlər üçün təhlükəli olan digər qida kateqoriyası trans yağları yüksək olan qidalardır. Xüsusilə, qızardılmış qidalar, işlənmiş qəlyanaltılar və bəzi marqarinlər iltihaba səbəb ola bilər və idrak funksiyasını azalda bilər.
Bir çox işlənmiş qidaların tərkibində süni əlavələr, konservantlar və qeyri-sağlam yağlar var ki, bu da müntəzəm istehlak edildikdə beyinə zərər verə bilər. Osborne, həmçinin kofein və alkoqoldan istifadə etməyi dayandırmağı tövsiyə edib. Həkim etiraf edib ki, orta miqdarda qəhvə beyin funksiyası üçün faydalı ola bilər, lakin onun artıqlığı narahatlıq və yuxu pozğunluqlarını yaradır. Eyni zamanda, spirtli içkilərə aludəçilik beyin neyronlarının zədələnməsinə və zaman keçdikcə idrak funksiyasının pisləşməsinə səbəb ola bilər. Həmçinin, bu pis vərdiş koordinasiyanı pozur, qıcolmalara və yalnız xəstəxanada müalicə oluna bilən digər pozğunluqlara səbəb olur. /unikal
www.yenicag.az