Beyləqan Rayon Mərkəzi xəstəxanasında Təcili yardım bölməsinin müasir tələblərə cavab verən yeni strukturu (Acil bölməsi) yaradılıb.
Bölmə yeni və müasir avadanlıqlarla təmin edilib. Təcili yardım bölməsinin yeni sturkturununda 1 həkim otağı, 1 USM otağı, 1 Cərrahiyyə otağı, 3 müşahidə otağı, 1 uşaq iynə otağı, 1 Kardiyoloji otaq, 1 Rentgen otağı, 1 Laboratoriya otağı, 1 izoliyasiya olunmuş infeksion xəstəliklər otağı və 1 qara otaqdan ibarətdir. Ümumilikdə yenilənən Təcili yardım bölməsi 12 otaqdan 20 çarpayıdan və yenilənmiş yüksək keyfiyyətli tibbi avadanlıqlardan ibarətdir. Şöbənin özəllikəlrindən biri də uşaq təcili tibbi yardım xidmətinin təşkil olunmasıdır. Təcili yardım bölməsi regionda yaradılan ən böyük Acil bölmələrdən biridir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru Nürəngiz Bəşirova tərəfindən son illərdə rayon tibb müəssisəsində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
www.yenicag.az