Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edildi

media-hightechnic-468x90

Beynəlxalq axtarışa verilmiş şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Səfər Azər oğlu Cavadovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukraynanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Səfər Cavadovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Oktyabrın 12-də S.Cavadov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan ölkəmizə gətirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600