Beynimiz əldən gedir: Çiplər kimlərə yerləşdiriləcək? – Ekspertdən İZAHAT

media-hightechnic-468x90

“Çiplərin insan beyninə yerləşdirilməsi könüllü şəkildə həyata keçiriləcək”.

Bunu İlon Maskın “Neuralink” şirkətinə insan beyninə çiplərin yerləşdirilməsinə icazə verilməsinin orqanizmə təsirlərini şərh edərkən tibbi ekspert Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

O, çiplərin insan orqanizminə təsirinin keçirilən sınaqdan sonra bəlli olacağını bildirib:

“Çiplərin yerləşdirilməsi ilə bağlı müəyyən versiyalar mövcuddur. Əslində, çiplərin istifadəsi dünyada terrora, cinayətkarlara nəzarət etmək üçün nəzərdə tutulub.
Bütün insanların beyninə çip yerləşdirilməyəcək. Bu proses könüllü şəkildə həyata keçiriləcək. Əgər məcburi olarsa, o zaman insan haqları kobud şəkildə pozular. Çiplərin insan orqanizminə fəsadlarının olub-olmaması isə keçirilən sınaqdan sonra bəlli olacaq”.

Sadiq Cavadov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600