Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatdı

media-hightechnic-468x90

Avqustun 4-ü Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xəbər verir ki, partlayışda ölənləin sayı 158 nəfərə çatıb, 6 mindən artıq insan xəsarət alıb. 21 nəfər itkin düşüb.

Xatırladaq ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində yüzlərlə ev və bina dağılıb və ya zərər görüb, 300 mindən artıq insan evsiz qalıb. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600