!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bəzən serial yaxşı olur, qonorar az, bəzən də…” - Zümrüd seriallara niyə ÇƏKİLMİR?

!Reklam – Yazi

“Bəzən serial yaxşı olur, qonorar az, bəzən də əksinə…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova yerli seriallarla bağlı fikirlərini bölüşərkən deyib.

Son zamanlar yerli seriallarda görünməyən, yalnız çalışdığı teatrdakı fəaliyyəti ilə kifayətlənən aktrisa “seriallarda niyə görünmürsüz, dəvət etmirlər, ya özünüz çəkilmirsiz” sualını da cavablandırıb:

“Əlbəttə, dəvətlər çox olur, sağ olsunlar. Amma maraqlı iş istəyirəm. Maraqlı, ürəyimcə olan keyfiyyətli seriallar olsa, əlbəttə ki, məmnuniyyətlə çəkilərəm. Digər bir məqam da var. Hər bir aktyor, aktrisa gördüyü işin və çəkdiyi zəhmətin müqabilində yaxşı qonorar da istəyir. Yəni qonorar da önəmlidir. Bəzən serial yaxşı olur, qonorar az. Bəzən də əksinə, qonorar yaxşı olur, amma serial pis. Buna görə də qalırsan tərəddüd içində”.

Cəvahir

COP29

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv