Bibisi oğlunu bıçaqla öldürən şəxsə hökm oxundu

media-hightechnic-468x90

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin may ayında Xətai rayonunda naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub. Qətlə yetirilən şəxs C.Seyfullayevin bibisi oğlu olub.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600