Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanıldı - Qubada

Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınıb, bu zaman xəsarət alan olmayıb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozub. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılıb.

www.yenicag.az

243
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS