Biləcəridə sexdə yanğın hadisəsi baş verdi

Biləcəridə sexdə yanğın hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində sexdə baş vermiş yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.