Helikopter qəzasında 3 nəfər öldü

media-hightechnic-468x90

Tailandın Praçuapxirixan əyalətində polis vertolyotunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Yenicag.az “Bangkok Post”a istinadən xəbər verir ki, hadisə Nonq Kok kəndində baş verib.

“Şənbə günü gündüz saatlarında helikopter qəzaya uğrayıb və alovlanıb. Üç nəfər ölüb, bir nəfər isə paraşütlə tullanıb, onun vəziyyəti hələ ki məlum deyil”, – məlumatda deyilir.

Səlahiyyətlilərin məlumatına görə, “Bell 212” helikopteri Kançanaburi əyaləti polisinin aviasiya bölməsinə məxsus olub.

Helikopterin uçuş zamanı texniki problemlərlə üzləşdiyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600