Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Biləsuvardakı dəhşətli qətlin TƏFƏRRÜATI

Biləsuvar rayonunda  baş verən qətllə bağlı yeni məlumat var.

Ötən gecə rayon sakinləri 1984-cü il təvəllüdlüRzayev Rəşad Cəlil oğlu və tanışı 1992-ci il təvəllüdlü Hətəmov Fərid Ənvər oğlu Biləsuvar şəhəri ərazisində yerləşən “Yaşıl ada” kafesində yeyib-içiblər. Bu zaman onlar arasında mübahisə yaranıb. Onların söhbəti H.Əliyev prospektində yerləşən beşmərtəbəli binanın qarşısında davam etdiriblər. R.Rzayev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı F.Hətəmov bir bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Fərid Hətəmov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir./Report/

***

İyunun 3-də gecə saat 01 radələrində Biləsuvar şəhəri ərazisində 1984-cü il təvəllüdlü şəhər sakini Rəşad Rzayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Biləsuvar rayon prokurorluğundan Yenicag.az-a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Hətəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərid Hətəmov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.yenicag.az

219
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100