Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bin Ladeni məhv edən kommandoslar onu da aradan götürəcəklər” – Diktatorun hökmü verilib

Cənubi Koreya mənbələri “Əl-Qaidə”nin lideri bin Ladeni öldürən ABŞ-ın xüsusi təyinatlılarının (SEAL Team 6) Şimali Koreya lideri Kim Çen Inı da aradan götürəcəklərini bildiriblər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali Koreyanın yeni ballistik raket sınaqlar və nüvə proqramını genişləndirməsindən sonra ABŞ-ın regiona hərbi gəmilər göndərməsi iki ölkəni müharibə həddinə çatdırıb.

Məlumata görə, Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirəcək ABŞ hərbi donanmasının xüsusi təyinatlıları da artıq o ölkəyə göndərilib.

Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə danışan Müdafiə Nazirliyindəki mənbə sözügedən təlimlərin məqsədini açıqlayıb:

“Bu il keçiriləcək “Foal Eagle” və “Key Resolve” birgə hərbi təlimlərində ABŞ xüsusi təyinatlıları daha çox sayda təmsil olunacaqlar. Təlimlərdə Şimali Koreyaya keçmək, Şimali Koreya ordusunun rəhbərliyini və mühüm hərbi obyektlərini məhv etmək tapşırığının icrasını sınaqdan keçirəcəklər”.

Qeyd edək ki, “Əl-Qaidə”nin lideri bin Laden 2011-ci ildə məhz “SEAL Team 6” xüsusi təyinatlıları tərəfindən məhv edilib.

Yeniçağ.Az

www.yenicag.az

280