Binəqədidə ağacı zədələyən şəxs cəzalandırıldı

media-hightechnic-468x90

Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 47 C ünvanında ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət araşdırılıb: “Sözügedən əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktının olmadığı, lakin tut ağacının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi müəyyən edilib. Araşdırma zamanı ağacın vətəndaş Fuad Qurbanov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və F.Qurbanov barəsində qanunamüvafiq tədbir görülüb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600