Bir ailəni güllələyərək öldürən rus hərbçi həbs edilib
Ermənistanın Gümrü şəhərində aralarında iki yaşlı uşaq da olmaqla bir ailənin 6 üzüvünü güllələyərək öldürən rus hərbçisi saxlanılıb.
Bu ölkədəki Rusiya hərbi bazasının hərbçisi olan Valeri Permyakov Ermənistan-Türkiyə sərhədində, Bayandur kəndində ələ keçirilib.
Qeyd edək ki, Ermənistan polisi hadisə yerində hərbi hissədən qaçan əsgərin ad və soyadı yazılan ayaqqabısını tapmışdı. Yanvarın 12 baş verən qətl hadisəsi zamanı evdə olan 6 aylıq körpə sağ qalmışdı. Çoxlu qan itirən körpə hələ də reanimasiyadadır(qafqazinfo).